Bu gün ölkəmizdə keçirilən I Avropa Oyunlarında Azərbaycanın daha 2 boksçusu medal uğrunda döyüşəcək.
AzVision.az-ın məlumatına görə, qadın və kişi boksçumuz 1/4 final görüşünə çıxacaqlar. Onlar Xaybula Musalovla və Yana Alekseyevnadır.
Kişilərin mübarizəsində 75 kq çəki dərəcəsində yer alan Musalov 1/4 final qarşılaşmasında belaruslu Vitali Bondarenko ilə qarşılaşacaq.
Qadınların yarışında 60 kq çəkidəki Yana Alekseyevna isə 1/4 finalda rusiyalı Zinaida Dobrınina ilə görüşəcək.
Axşam döyüşlərində isə ilk finalçılar müəyyənləşəcək. Kişilərin arasında 56 kq çəkidəki Tayfur Əliyev yarımfinalda rusiyalı Baxtovar Nazirovla üz-üzə gələcək. Qalib boksçu qızıl medal uğrunda qarşılaşmada Dmitri Asanov (Belarus) - Qais Aşfaq (İngiltərə) cütünün qalibini ilə qarşılaşacaq. Final döyüşü iyunun 25-də olacaq.
Digər boksçumuz Teymur Məmmədov da bu gün yarımfinal görüşünə çıxacaq. 81 kq çəkidə yer alan azərbaycanlı idmançının rəqibi rusiyalı Pavel Silyaqin olacaq. Bu gürüşün qalibi qızıl medal uğrunda görüşdə Valentino Manfredonia (İtaliya) - Aleksandr Xijnyak (Ukrayna) cütünün qalibi ilə döyüşəcək.
***
Qadın təsmilçimiz Yana Alekseevna rusiyalı rəqibi Zinaida Dobryinina ilə görüşə çıxıb. O, rəqibini 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışları iyunun 27-dək davam edəcək.
Aktual.az