ABŞ İrana qarşı sanksiyaları yalnız kağız üzərində ləğv edib.
Aktual.az aznews.az-a istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Ayətulla Əli Xameneyi deyib. Onun sözlərinə görə, kağız üzərində sanksiyalar ləğv edilsə də, təcrübədə ABŞ ölkəyə investisiya yatırmaq istəyən biznesmenləri qorxudur. "ABŞ kağız üzərində xarici banklara İranla sövdələşmə aparmağa icazə verir. Lakin təcrübədə o "iranofobiya" yaradır. Buna görə də, heç kim İranla biznes qurmur", - deyə Xameneyi bildirib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti İrana yatırılacaq xarici investorları ı qorxutmaq üçün sanksiya rejiminin hələ də qüvvədə olduğunu deyir.