"İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir”.
Aktual.az milliaz-a istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai deyib.
"O yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, – Baqai qeyd edib.
Qeyd edək ki, bundan öncə ABŞ və İsrailin 28 fevralda İranın mərhum ali rəhbəri Əli Xameneinin iqamətgahına hücum zamanı Müctəba Xameneinin də ağır yaralandığı, hətta süni tənəffüs aparatına qoşulduğu bildirilirdi. Bu məlumat rəsmən təsdiqlənməmişdi. Sözügedən hücumda Əli Xamenei ilə bərabər, gəlini, kürəkəni, nəvəsi və xanımı da həlak olub.
Xəbər 44 dəfə oxunub.