İranın yeni rəhbəri Müctəba Xamenei Tehranın "Sina” xəstəxanasında geniş təhlükəsizlik tədbirləri altında huşsuz vəziyyətdə süni tənəffüs aparatına qoşulub və müalicə olunur.
Aktual.az xəbər verir ki, bu barədə "Negin" xəbər şəbəkəsi məlumat yayıb.
Məlumata görə, o, fevralın 28-də ABŞ və İsrail hərbi hava qüvvələrinin Əli Xameneinin iqamətgahına endirdiyi zərbələr zamanı ağır yaralanıb.
"M.Xamenei ümumiyyətlə ölkədə nə baş verdiyindən, ailəsinin həlak olması və özünün rəhbər seçilməsindən xəbərsizdir. Onu səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi və Nəsrullah Mərəşi Şuştəri əməliyat edib. Bir neçə gün əvvəl Məsud Pezeşkianın "Sina" xəstəxanasında səhiyyə naziri ilə görüşü də prezidentin burada müalicə olunan Müctəba Xameneinin vəziyyəti ilə yaxından tanış olmaq üçün oraya getməsi ilə bağlıdır", - məlumatda bildirilib.
Qeyd olunub ki, xəstəxananın yerləşdiyi ərazi xüsusi qüvvələr tərəfindən qorunur.
Xəbər 50 dəfə oxunub.