Xalq Şairinin ikinci ayağı da amputasiya olunacaq

Xalq Şairinin ikinci ayağı da amputasiya olunacaq

Azərbaycanın xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunacaq. Şairin ikinci ayağı da amputasiya ediləcək.

Aktual.az Report-a  istinadən xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, hazırda vəziyyəti stabil olan Söhrab Tahirin ayaqlarında çürümə ("qanqrena") gedir: "Bu səbəbdən, həkimlər şairin sol ayağının da amputasiya ediləcəyini bildirib".

Əməliyyatın yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.

Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

Xəbər 831 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR