Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın Moskvada 80 illik yubileyi qeyd olunacaq.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Rusiyadakı səfirliyimizin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin təşkilatçılığı ilə 29 oktyabr tarixində Mərkəzi Yazıçılar Evində keçiriləcək. AYB sədri, xalq yazıçısı Anarın da qatılacağı yubiley tədbirində Moskva Yazıçılar Birliyinin sədri, eləcə də Rusiyanın tanınmış qələm adamları iştirak edəcəklər. Tədbirdə xalq artistləri Mələkxanım Əyyubova və Azər Zeynalov xalq şairinin sözlərinə yazılmış mahnıları ifa edəcək, əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr səsləndirəcək.