Xalq artistinin səhhətilə bağlı xoş xəbər

Xalq artistinin səhhətilə bağlı xoş xəbər

Xalq artisti Muxtar Maniyev sabah xəstəxanadan evə buraxılacaq.

Aktual.az xəbər verir ki, bu barədə AzNews.az-a aktyorun həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib.

Onun sözlərinə görə, həkimlər sənətkarın səhhətinin yaxşılaşması üçün əllərindən gələni ediblər:
“Bura gələn gündən Muxtar müəllim sistem altında olub. Ayağının tikişləri qalıb ki, o da bir müddətdən sonra açılacaq”.

N.Maniyeva bildirib ki, M.Maniyevin müalicəsi ev şəraitində davam edəcək.

Xatırladaq ki, avqustun 6-da Muxtar Maniyevin səhhəti pisləşib və o, Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Bir neçə gündən sonra isə aktyor ayağından əməliyyat olunub.

 
Xəbər 821 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR