Xalq artistinin səhhəti yenidən pisləşdi

Xalq artistinin səhhəti yenidən pisləşdi

Xalq artisti, məşhur diktor Sabir Ələsgərlinin səhhətində yenidən problemlər yaranıb.

Aktual.az bildirir ki, bu barədə modern.az-a açıqlama verən diktor deyib ki, artıq uzun müddətdir ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında yatır.

"Hazırda xəstəxanadayam, müalicəm davam edir. Sabah və ya biri gün çıxacam. Amma 2-3 aydan sonra yenidən əməliyyat olunmalıyam. Bir neçə ay əvvəl böyrəklərimdəki daşla əlaqədar əməliyyat olunmuşdum, "şlanklar" qoyulub. Onlar hələ çıxarılmayıb".

Klinikanın Urologiya şöbəsində yatan S.Ələsgərli həkiminin Fikrət Əhmədov olduğunu bildirib.

Xəbər 1006 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR