Xalq artistinin oğlu öldü – Atasının xəbəri yoxdu

Xalq artistinin oğlu öldü – Atasının xəbəri yoxdu

Xalq artisti, bəstəkar Ramiz Zöhrabovun ailəsinə ağır itki üz verib. 

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, sənətkarın oğlu Rəşad Zöhrabov dünyasını dəyişib. Maşın qəzası keçirən Zöhrabov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun ailəsindən AzNews.az-a verilən məlumata görə, Ramiz Zöhrabov oğlunun ölümündən xəbərsizdir. "Ramiz müəllim xəstədir, ona bu sözü demək olmaz”-deyə bəstəkarın ikinci həyat yoldaşı bildirib.

Qeyd edək ki, Rəşad Zöhrabov AzTV-nin xəbərlər departamentinin rejissoru olub.
 
Aktual.az 
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR