Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Nurəddin Mehdixanlı direktor İsrafil İsrafilov barədə ilginc faktlar açıqlayıb.
Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, xalq artisti açıqlamasında bildirib ki, İsrafilov son üç qastroldan ümumilikdə 5 min manata yaxın pul mənimsəyib:
"Nazirlər Kabinetinin qərarına əsasən respublika daxilində ezamiyyə xərcləri Bakıdan rayon mərkəzlərinə 45 manat nəzərdə tutulub. Amma Naxçıvana qastrola gediriksə, bu xərc 60 manatdır. Rayonlardan Bakıya qastrola gələn aktyorların bir günlük xərci isə 55 manat nəzərdə tutulub. Bura bizim yemək və mehmanxana xərclərimiz də daxildir. Ancaq aktyorun səfər zamanı qastrol rəhbərliyinin tutduğu mehmanxanada qalması şərt deyil. Yəni qohumunun, yaxud başqa bir tanışının evində də qala bilər. Məsələ burasındadır ki, biz Şamaxıya, Qobustana, Oğuza, Saatlıya, Sabirabada İmişliyə getmişik və heç birində pul almamışıq. Bir dəfə gətirib aktyorlara 9 manat pul ödədilər. Bəziləri götürdü. Amma mən və bir neçə nəfər götürmədik. Bu, əslində təhqir deməkdir. Deyirlər ki, biz sizə yemək veririk. Ola bilər ki, teatr rəhbərliyi öz aktyorlarına hörmət etməsin və bu, reallıqdır. Amma həm rayonların rəhbər şəxsləri, həm də tamaşaçılar, yerli sakinlər tərəfindən böyük hörmətlə qarşılanırıq. Sizi əmin edirəm ki, ordakı xərclərimiz də rayon rəhbərliyi tərəfindən ödənilir və bunun "sutoçnı"ya heç bir aidiyyatı yoxdur".
N.Mehdixanlı bildirib ki, "Azdrama" təsərrüfat hesablı dövlət təşkilatı olduğundan yalnız məvaciblər büdcədən ödənilir. Digər xərclər isə oynanılan tamaşalar hesabına çəkilir:
"Mən hansısa rayona qastrola gedirəmsə, deməli, bu, kommersiya xarakterli səfərdi. Səfəri təşkil edən adam orada zəhmət çəkən insanların haqqını ödəməlidi. Amma bunlar yoxdur. Dəfələrlə demişik ki, niyə halal haqqımız olan pulumuzu vermirsən. Deyib ki, əcəb edirəm. Soruşuruq ki, niyə yaradıcı heyətin iclasını keçirmirsən? Yenə cavab belə olur-əcəb edirəm".
N.Mehdixanlı bildirib ki, dövlət tərəfindən "Azdrama"ya yüksək komfortlu avtobus verilsə də, həmin nəqliyyat vasitəsi yalnız qastrollar zamanı teatrın həyətində olur:
"Deyir ki, sizi maşınla aparırıq, nə bilim nə. Qardaşım, məni sən aparırsansa, nəqliyyat məsələsinin mənə aidiyyatı yoxdur. Sən bir dövlət idarəsisən və öz nəqliyyat vasitən var. Bizə yüksək komfortlu avtobus veriblər. Amma biz o avtobusun üzünü ancaq qastrollarda görmüşük. Avtobus qalan vaxtlarda başqa "səfərlərdə" olur. Səfərləri uğurlu olsun. Biz heç onunla da maraqlanmırıq. Öz əlləri öz başları. Amma aktyor səhər 6-da qastrola yollanmaq üün evindən 5-də çıxır və taksi ilə gəlir. Məsələn, İmişliyə getdik və səhər 6-da Bakıdan çıxdıq. Gedib çayxana, kafe həyətlərində oturduq, tamaşamızı oynayıb gecə saat 12-də qayıtdıq. İndiki zamanda kimin haqqı var ki, kimisə 18 saat işlətsin? Əvəzində almalı olduğumuz 45 manatı da vermirlər".
Sonda xalq artisti daha bir ilginc açıqlama verib:
"Bəziləri deyir ki, teatrın daxilində baş verən nüfuz savaşıdır, bəziləri bunu mövqe savaşı adlandırırlar. Amma bütün bunlar reallığın üstünü sifarişli yazılarla malalamaq cəhdidir. Heç olmasa vicdanları ilə düşünsünlər. Son üç qastrolda bir manat da almamışıq. Hesablayın 35 nəfərin hər birinə 45 manat verilməlidir. Üç səfər, 35 nəfər və 45 manatdan 5 min manata yaxın