Efirlərdən uzaq gəzən, uzun müddətdir ki, səhhətində problem yaranan Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, teleaparıcı hacı Nuran Hüseynov xalq artisti ilə birgə fotosunu paylaşıb. Aparıcı bildirib ki, o, E.Rəhimovanı ziyarət edib və müğənni xəstəliyi barədə çox danışmaq istəməyib:
"Elmira Rəhimovaya baş çəkdim. Xəstəlikdən çox danışmaq istəməsə də, onu söhbətə tutub səhhəti barədə məlumat əldə etdim. Sən demə, müğənninin nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir".
Xalq artisti qafqazinfo-ya açıqlamasında "Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq", - deyə bildirmişdi.
Müğənninin yaxınları isə Elmira Rəhimovanın şəkər xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində olduğunu demişdi.
Aktual.az
Xəbər 956 dəfə oxunub.