Xalq artisti ürəyindən əməliyyat olundu

Xalq artisti ürəyindən əməliyyat olundu

Xalq artisti, Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov ürəyindən ağır əməliyyat olunub. 

Bu barədə Aktual.az-a onun özü məlumat verib.

Onun sözlərinə görə, noyabrın 5-də halı qəfil pisləşib: “Gecə məni Neftçilər Xəstəxanasına apardılar. Müayinə zamanı dedilər ki, əməliyyat olmalısan. Nəfəs ala bilmirdim. Ürəyimdə ağır əməliyyat aparıldı, stend qoyuldu. Yaşamaq üçün yol bu idi. İki gündən sonra ürəyimdə daha ikinci əməliyyat aparıldı”.

Xalq artisti bu əməliyyatını uğurla başa çatdığına və həyata ikinci dəfə qayıtdığına görə, onu əməliyyat edən həkimə təşəkkür etdi: “Məni həyata həmin xəstəxananın həkimi Abbasqulu Abbasquluyev qaytardı. Ailəm adından belə həkimlərə minnətdaram. Həqiqətən də bu insanların qədrini bilmək lazımdır”.

 Aktual.az

Xəbər 761 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR