Xalq artisti sənətdən gedir

Xalq artisti sənətdən gedir

Xalq artisti Nisə Qasımovanı küsdürüblər. Sənətçi səhnədən getməyi düşünür.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə onu incidənlərə tez-tez ünvansız atmacalar atan Nisə Qasımova yenə də ürəyini boşaldıb.

Müğənni fotosunu paylaşıb və sənətdən gedəcəyinə diqqət çəkib: "Müğənnilik sənətini mənə sevdirənə də, nifrət etdirənə də əhsən. Düşünürəm ki, bu sənətdən vaxtında getmək lazımdır".

Amma onu sevənlər "Getmək yox, qayıtmaq vaxtıdır" deyib onu fikrindən daşındırmağa çalışıblar.

Qeyd edək ki, xalq artisti zaman-zaman haqsızlıqlardan bezib-inciyərək səhnədən gedəcəyini deyib. Müəyyən fasilələrdən sonra yenə qayıdıb. "Mən yenə qayıtdım" mahnısını da elə sənətdən uzaqlaşıb, yenidən qayıtdığı dönəmlərdə oxuyub.

Xəbər 1686 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR