Xalq artisti prezidentə məktub yazdı

Xalq artisti prezidentə məktub yazdı

Xalq artisti Faiq Sücəddinov Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb.  

Report-un məlumatına görə, F.Sücəddinov məktubunda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsinə görə

dövlət başçısına təşəkkür edib: “Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz.   Ölkəmiz Sizin rəhbərliyiniz

altında mühüm uğurlar qazanıb, apardığınız uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyəti daha da inkişaf edərək dünya sivilizasiyasında öz layiqli yerini tutub.   Məhz Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan

xalqının maddi rifahı gündən-günə artmaqdadır.   Möhtərəm cənab Prezident, mədəniyyətimizin inkişafındakı xidmətlərimə görə mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi məni son dərəcə

sevindirməklə yanaşı, yaradıcılıq işlərimin daha da artmasına, yeni-yeni sənət əsərlərinin ərsəyə gəlməsinə ruhlandırır”. - See more at: http://axar.az/news/65267#sthash.2dUCQBNt.dpuf

Xəbər 1016 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR