Xalq artisti infarkt keçirdi, vəziyyəti ağırdır

Xalq artisti infarkt keçirdi, vəziyyəti ağırdır

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

Aktual.az xəbər verir ki, bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: "Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR