Xalq artisti evində xəzinə saxlayırmış

Xalq artisti evində xəzinə saxlayırmış

Sən demə, xalq artisti, tanınmış aktyor Ağaxan Salmanlının gizlin xəzinəsi varmış.

Aktual.az xəbər verir ki, bu barədə o,publika.az-a öz xobbisindən danışarkən deyib.

“Əvvəllər xobbim vardı, antik əşyalar toplayırdım. İndi də həmin əşyaların çoxu evimdədir. 2-3 qədim samovar, yaşı yüzdən yuxarı olan 2 neft lampası, gümüş qab-qacaq, güzgü və qədim mebelim var. O əşyalar mənə ata-anamdan yadigar qalıb, onlara da ata-babalarından. Bir xobbim də vardı, qızılgül açıqcaları yığırdım.Təsəvvür edin, camaat xarici ölkələrə gedəndə mağazalara geyim almağa qaçırdı, mən də açıqca alıb gətirirdim. Bir gün evə gəlib gördüm ki, açıqcaların yarısı yoxdur. Uşaqlarım 8 mart bayramında həmin açıqcaları məktəbdəki qızlara bağışlamışdılar. Dəliyə döndüm, hirsimdən qalanını da özüm bağışladım. Ondan sonra daha açıqca toplamadım”.

 
Xəbər 1099 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR