Xalq artisti ailəsini də götürüb BAKIDAN GETDİ: “Buna məcbur oldum”

Xalq artisti ailəsini də götürüb BAKIDAN GETDİ:   “Buna məcbur oldum”

Xalq artisti, ustad xanəndə Arif Babayev dincəlmək üçün Qaxı seçib.

Aktual.az məlumat verir ki, Publika.az-a açıqlama verən sənətkar yayın sonuna qədər orada qalacağını deyib: “Ağdamdan qaçqın düşəndən sonra çox əziyyət çəkdim. Axı hər yay o gözəl yerlərdə gedib dincəlirdim. Qaçqın düşdükdən sonra arayıb-axtardım, Azərbaycanın mənzərəli bölgəsi olan Qaxda özümə bir ev tikdirdim. Sən deyən villa-zad deyil, xudmani bir evdir. Villam Ağdamda qaldı. Düzdür, Ağdamdakı evimin yerini verə bilməz, amma buna məcbur oldum. Ağdam mənim üçün ayrı bir aləm olsa da, elə Qax da gözəldir. Səhərlər dururam, havasını uduram, çiçəklərini qoxulayıram. Arvad-uşağı da özümlə aparmışam, samovar çayından dəmləyib verirlər. Yayın sonuna qədər burdayıq”.

Aktual.az

Xəbər 40724 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR