Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun yığıncağı keçirilib. Yığıncaqda Abasyar Heydərov, Tahir Şamxalov, Sevinc Sədullayeva, İsa Yusifov, Adil Zəkiyev, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Milli Məclisin üzvü Eldəniz Səlimov, Milli Məclisin üzvü İlham Əliyev çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Ulu öndərin banisi olduğu “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum aktının Layihəsi cənab Prezident İlham Heydər oğlu Əliyev tərəfindən irəli sürülüb. 29 dəyişiklik nəzərdə tutulub ki, bunların böyük əksəriyyəti insan, vətəndaş hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Artıq iyirmi beş ildir ki, Azərbaycan xalqı ictimai-siyası, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyası, mədəni, bir sözlə bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Hədəflənən nəticələrin əldə olunması, sosial islahatların həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.
Bildiyimiz ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi- referendum sentyabrın 26-da keçiriləcək. Konstitusiya elə bağlı təklif edilən dəyişikliklər çağdaş dövrümüzün tələblərinə uyğundur. Bu dəyişikliklər konstitusiyamızın möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir.
Referendum aktının layihəsində bütün maddələr uğur gətirən dəyişikliklər olacaq.
103-cü maddə isə Azərbaycan Respublikasının Vitse Prezidenti barədədir. Respublikamızda yeni bir institut - Vitse Prezident institutu yaradılır. Əsas məqsəd ölkəmizin inkişafı, tərəqqisi və dünya ölkələri arasında mövqeyinin artmasıdır. Azərbaycanın müxtəlif konvensiyalara qoşulması ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin çoxluğu cənab Prezidentimizin iş qrafikini sıxlaşdırır. Cənab Prezidentimizə hər birimiz yardımçı olmalıyıq ki, qlobal məsələlərin həllində kifayət qədər vaxtı qalsın. Vitse prezidentlər institute da buna xidmət edəcək, ölkəmizin daha da inkişafı üçün operativ tədbirlər həyata keçiriləcəkdir.
Natiqlər qeyd edib ki, biz sizi ölkəmizin inkişafı, dünya ölkələri arasında nüfuzunun daha da möhkəmlənməsi naminə xalqımızın gələcəyi naminə, möhtərəm prezidentimiz ətrafına sıx birləşməyə dəvət edir və referendumda qoyulan dəyişikliklərə “hə” deməyə çağırırıq.
Xaçmazlılar həmişə Dövlətə, Dövlətçiliyə, Prezidentimizə sadəqətli olmaqla dəstəklərini göstəriblər. Referendumda xaçmazlılar sədaqətlərini nümayiş etdirəcəklər.
Haminizi 26 sentyabr 2016-ci il tarixdə seçkilərə dəvət edirik.