“Xaç atası” filmindəki rolu ilə şöhrətinin zirvəsinə yüksələn aktyor Aleks Rokko 79 yaşında dünyasını dəyişib.
Aktual.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun ölümü haqda məlumatı qızı Cennifer yayıb.
Qeyd edək ki, Aleks Rokko “Məşhur Teddi Zi” (1989-1990) serialındakı roluna görə “Emmi” mükafatına layiq görülüb.
Xəbər 734 dəfə oxunub.