Xabarovskda iki təyyarə toqquşub

Xabarovskda iki təyyarə toqquşub
  • DÜNYA

Rusiyanın Xabarovsk şəhərinin hava limanında iki təyyarə toqquşub.

Aktual.az Trend-ə istinadən verdiyi məlumata görə, “Aeroflot” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi uçuş zolağında hərəkət edərkən "AN-26" tipli təyyarənin qanadına toxunub.

Qəza nəticəsində hər iki təyyarəyə ziyan dəyib. Sərnişinlər arasında ölən və ya xəsarət alan yoxdur.

Aktual.az

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR