"Whatsapp” tərtibatçıları messencerə yeni faydalı funksiya əlavə etməyi hədəfləyiblər.
Aktual.az xəbər verir ki, bu funksiya göndərilmiş mesajların redaktə edilməsini özendə əks etdirir.
Sözügedən yeni funksiyanı WABetaInfo saytı messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında aşkar edib.
Məlumatda bildrilib ki, bu yeni funksiya mesaj göndərildikdən sonra 15 dəqiqə ərzində həmin mesajı redaktə etməyə imkan verəcək.
Xəbər 395 dəfə oxunub.