“WhatsApp”da qoşa mavi xəttə son

“WhatsApp”da qoşa mavi xəttə son

Bunun qarşısını almaq üçün qızıl qaydalardan biri mobil telefonlarda mövcud olan “uçuş rejimidir”

“WhatsApp”a gələn mesajları qarşı tərəf bilmədən necə oxumaq olar? “WhatsApp”a gələn mesajları oxuduğunuz zaman təsdiq işarəsi olan qoşa mavi xətt - “oxundu” işarəsi yaranır. Çoxları bundan narahat olaraq özlərində yazılan ismarışa cavab vermək məcburiyyəti duyur.

Aktual.az ANS PRESS-ə istinadən sizə bu 3 qaydanı təqdim edir.

 

Bunun qarşısını almaq üçün qızıl qaydalardan biri mobil telefonlarda mövcud olan “uçuş rejimidir”. Gələn mesajları oxumazdan öncə bu rejimə keçsəniz mesajları oxuduğunuz anlaşılmayacaq.

 

Yeni bir proqram “WhatsApp widget" istifadəyə verilib. Bunun sayəsində gələn mesajları qarşı tərəf bilmədən oxuya bilərsiniz. Bu zaman mesajları oxuduğunuz barədə qarşı tərəfə heç bir məlumat ötürülməyəcək. Telefonun ekranında bu proqram sayəsində mesajlar birbaşa açılacaq.

“WhatsApp”ın parametrlərindən faydalanaraq oxundu funksiyasını bağlamaq olar. Bunun üçün Hesab>Gizlilik bölmələrinə daxil olaraq oxundu təsdiq məlumatını bağlaya bilərsiniz.

Xəbər 773 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR