Vurulmuş qırıcı hər iki ölkə arasında siyasi böhran yaradacaq -General

Vurulmuş qırıcı hər iki ölkə arasında siyasi böhran yaradacaq   -General
  • DÜNYA

Türkiyə Rusiya Hərbi Kosmik Qüvvələrinin qırıcı təyyarəsini vurmaqla öz hava məkanının pozulmasının qarşısını alıb və siyasi iradə göstərib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Hərbi Qüvvələrinin istefada olan general-leytenantı Armağan Kuloğlu deyib.

Onun sözlərinə görə, Türkiyə üçün hava məkanını hansı ölkənin təyyarəsinin pozmasının heç bir əhəmiyyəti yoxdur: "Rusiya qırıcısı vurulmazdan əvvəl onun ekipajına Türkiyə hava məkanını pozması barədə dəfələrlə xəbərdarlıq edilib".

A.Kuloğlu qeyd edib ki, bu insident Rusiya-Türkiyə münasibətlərində qısamüddətli siyasi böhran yarada bilər: "İki ölkə arasında siyasi əlaqələrin və iqtisadi layihələrin əhəmiyyətini nəzərə alsaq, bu böhran çox çəkməyəcək".

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyanın "Su-24" qırıcı təyyarəsini vurub.

Hər iki pilot katapult edə bilib və təyyarə Suriya ərazisinə düşüb.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR