Rusiya prezident Vladimir Putin Türkiyənin hava sərhədini keçdiyi üçün vurulan SU-24 bombardman təyyarəsinin pilotlarını mükafatlandırılacaq.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, təyyarənin komandiri ölümündən sonra "Rusiya Qəhrəmanı" döş nişanı ilə mükafatlandıracaq. Həmçinin, xilas edilən şturman və xilasetmə əməliyyatının iştirakçılarını da dövlət mükafatları veriləcək.