Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana təşəkkür edib.
Aktual.az xəbər verir ki, dövlət başçısı təşəkkürünü noyabrın 7-də Belqradda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.
A.Vuçiç ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Xəbər 440 dəfə oxunub.