Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.
Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:
"Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil".
Xəbər 45 dəfə oxunub.