Azərbaycan voleybolçusu Polina Rəhimova bir oyunda maksimal xalların sayında yeni dünya rekordçusu olub.
Aktual.az-ın Report-a istinadən məlumatına görə, "Bodi Kvinsis" komandasında çıxış edən Rəhimova bu uğura Yaponiya çempionatında "Hitaçi Rivale" ilə görüşdə imza atıb.
O, təkbaşına 58 xal toplayıb. 
25 yaşlı voleybolçunun komandası görüşü 3:2 (26:24, 22:25, 23:25, 25:22, 15:9) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, öncəki rekord 57 xalı olan bolqarıstanlı voleybolçu Elitsa Vasilyevaya məxsus idi. 
Aktual.az