Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.
Aktual.az report.az-a istinadən xəbər verir ki, yarımfinalda Çini 3:2 hesabı ilə üstələyən İtaliya həlledici görüşə vəsiqə qazanıb. İtaliyalıların rəqibi Hollandiyanı 3:1 hesabı ilə məğlub edən Serbiya olacaq.
Oktyabrın 20-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 14:40-da başlayacaq. Çin və Hollandiya arasında bürünc medal uğrunda oyun isə həmin tarixdə saat 12:20-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.
Aktual.az
Xəbər 499 dəfə oxunub.