Aktual.az Ölkə.Az -a istinadən xəbər verir ki, ABŞ milli basketbol komandasının üzvü, FETÖ-yə yaxınlığı ilə bilinən idmançı Enes Kanter soyadını Fətullah Gülənin şərəfinə Gülən olaraq dəyişdirib.
Xəbər verdiyimiz kimi, Enesin atası Məhmət Kanter rəsmi şəkildə oğlundan imtina etdiyini yazaraq , belə bir övlada sahib olduğu üçün Türkiyədən üzr istəmişdi.
O, bütün nəslin Enesdən üz döndərdiyini bəyan edərək, oğlundan soyadını dəyişməsini tələb etmişdi. Buna cavab olaraq Enes Kanter belə açıqlama verib: "Hoca əfəndinin yolunda anam, atam, bütün sülaləm qurban olsun. Bu gündən soyadım Güləndir. Enes Gülən".