Ancelina Coli və Bred Pitt ayrıldıqdan sonra uşaqlar valideynlər arasında bölüşəcəklər.
Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 6 övladdan ikisi – övladlığa götürülən Pets və Coli ilə Pitt nikahından olan Şaylo atası ilə qalmaq istəyir.
Ailəyə yaxın mənbə deyir ki, bu iki uşaq həmişə Bredə daha yaxın olublar və əgər həqiqətən boşanma baş tutarsa, onlar ataları ilə birgə yaşamaq istəyirlər.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı ildə dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. 2008-ci ildə isə onların əkiz uşaqları dünyaya göz açıb: oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir.
Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılma səbəbi hələki açıqlanmır. Aktrisa ərindən mülk istəmir, əvəzində övladlarının hamısına özü baxmaq istəyir.
Xəbər 369 dəfə oxunub.