"Övlad istəyirdim, həkim dedi olmayacaq"


Uzun illərdir qapısını heç kimin üzünə açmayan aktrisa Safura İbrahimova ilə ATV-nin "10dan sonra" verlişinin heyəti görüşə bildi.

Aktual.az gecce.az-a istinadən xəbər verir ki, milli kinomuzda öz dəsti-xətti olan korifey sənətkarımız uzun zamandan sonra danışdı:

"Mən teatrın səhnəsinə çıxanda hər şeyin yerli-yerində olmasını istəyirdim. Səhnədən gedəndən sonra aktrisa olduğumu unutdum. Artıq ev xanımı oldum. Övlad istəyirdim. amam həkim dedi olmayacaq. Neyləyə bilərdim, taleyimlə barışdım. Aktyor gərək özünü qorusun".

Qeyd edək ki, ömrünün 54 ilini səhnədə olan Safura xanımın iki gündən sonra doğum günüdür. Aktrisanın 76 yaşı tamam olur.

Xəbər 891 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR