Oktyabrın 16-da, saat 16:00-da Binə Atçılıq Mərkəzində Milli İdman Oyunu Çövkən üzrə növbəti Azərbaycan çempionatı başlayacaq.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından Aktual.az-a verilən məlumata görə, yarışla əlaqədar "Sərhədçi" İdman Olimpiya Mərkəzində mətbuat konfransı və püşkatma mərasimi keçirilib.
Tədbirdə Federasiyanın baş katibi Bəhruz Nəbiyev son zamanlar ölkəmizdə atçılıq yarışlarının intensiv keçirildiyini bildirərək qeyd edib ki, çövkən Azərbaycanın qədim oyunlarından biri kimi, bu gün də sevilib-seçilir. Azərbaycan Respublikası Atçılıq Federasiyası bu növ üzrə turnirlərin təşkil edilməsinə xüsusi həssaslıqla yanaşır. 4-cü Azərbaycan çempionatının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu qeyd edən baş katib gələcəkdə çövkənin Azərbaycanda daha da inkişaf etdirilməsi üçün silsilə tədbirlərin görüləcəyini söyləyib.
Daha sonra çempionatın püşaktma mərasimi keçirilib. Yarışda
Ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən 24 komanda qalib adı uğrunda mübarizə aparacaq. Yarışın ilk günü 4 oyun keçiriləcək. İlk olaraq saat 17:00-da meydana “Yevlax” və “Göy Göl” komandaları çıxacaqlar. Ardınca “Batabat” – “Qəbələ - Vəndam” , “Bərdə” – “Şamaxı” , “Arzu” – “Qəbələ” qarşılaşmaları keçiriləcək.
Turnirin həlledici görüşləri oktyabrın 24-də olacaq.
Çempionatın ümumi mükafat fondu əlli min manat təşkil edir.
Aktual.az