“Kasperski Laboratoriyası” bildirir ki, son bir il ərzində kompüterlərə hücumların sayı 17,7 faiz artıb.
Dələduz proqramlarla 2,3 milyon istifadəçi qarşılaşıb.
Hesabat dövründə şifrələri oğurlayan proqramlardan 718 mindən çox insanın kompüteri ziyan görüb ki, bu da bir ildə 5,5 dəfə artım deməkdir.
Ekranlarının bloklaşdırılmasından zərər çəkən insanların sayı isə əksinə, azalıb və 1,6 milyon nəfər təşkil edib. Demək olar ki, bu ilin I yarısında bütün ziyanverici hücumlar ev kompüterlərinin istifadəçilərinə yönəlib.
Dələduz proqramların hücumlarından əziyyət çəkən istifadəçi ölkələrin lideri Hindistandır. Bu ölkədə zərərçəkənlərin sayı 9,6 faiz təşkil edib. Rusiyada bu rəqəm 6,41 faiz, Qazaxıstanda 5,75 faiz olub. ABŞ sakinləri isə əksinə, dünyada ən müdafiə olunan ölkənin sakinləri olub. Bu ölkədə bu rəqəm 1,41 faiz təşkil edib. (Lent.az)
Xəbər 627 dəfə oxunub.