Vilayət Eyvazov DYP rəisini işdən çıxartdı

Vilayət Eyvazov DYP rəisini işdən çıxartdı

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov vəzifəsindən azad edilib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Q.Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report”a faktı təsdiqləyib.
Xəbər 798 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR