Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.
Aktual.az xəbər verir ki, bu barədə Baş nazir Orbanın ofisindən bildirilib.
Qeyd olunub ki, o, İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə cümə günü (25 noyabr) BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
Konfransdan əvvəl V.Orban Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacaq.
Xəbər 602 dəfə oxunub.