Bu gün Bərdə rayonunda qətl törədilib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.
Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.