Vidadi Babanlı: "Buna görə bir maşının pulunu alırdım"

Vidadi Babanlı:

O vaxtlar bir kitabın qonorarına bir maşın alırdım. Həmin pula bir neçə il dolanırdıq. Amma indi romanın çapı üçün ona-buna ağız açırsan. Çap olunandan sonra da yalvarırıq ki, bunu satdır. Nəinki qazanıram, üstəlik xərcə də düşürəm.


Aktual.az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında tanınmış yazıçı Vidadi Babanlı söyləyib. Giley-güzar edən yazıçı yeni romanından bir qəpik də qazanc götürmədiyini deyib:

"Xarici ölkələrdə yazıçının romanını qabaqcadan alıb oxuyurlar. Gəlir gətirəcəyini biləndə onunla müqavilə bağlayırlar. Satışdan əldə olunan gəlir bölünür. Bizdə yazıçılar hələ də əziyyət çəkir. İndiki dönəmdə kitabına görə pul qazanan yazar tanımıram".

V.Babanlı bu günlərdə çapdan çıxan "Zəmanə adamı" adlı romanını kitab mağazalarına satışa verdiyini bildirsə də, kitablarının satılmadığını deyib.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR