Vəzifə saxtakarlığına görə axtarışa verilən şəxs - Tutuldu

Vəzifə saxtakarlığına görə axtarışa verilən şəxs   - Tutuldu

Bakıda vəzifə saxtakarlığına görə axtarışda olan şəxs saxlanılıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əliş Qaçay oğlu Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 32-ci (cinayət iştirakçılığı) maddələri ilə ittiham olunub.

Bu il yanvarın 27-dən axtarışda olan Ə.Vəliyev hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində mart ayında saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR