Vətəndaşların 113 minini mənimsəyənlər saxlanıldı

Vətəndaşların 113 minini mənimsəyənlər saxlanıldı

Bakıda vətəndaşlara külli miqdarda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif vaxtlarda 5 nəfərin 80 000, 20 000, 8 000, 2 000 və 3 500 manat olmaqla ümumilikdə 113 500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2 000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.
Paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbər 140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR