Vətəndaşları aldadan 26 yaşlı gənc Azərbaycandan qaçdı

Vətəndaşları aldadan 26 yaşlı gənc Azərbaycandan qaçdı

Azərbaycanın hüquq-mühafizə orqanları 26 yaşlı şəxsi beynəlxalq axtarışa verib.

Aktual.az lent.az-a istinadən bildirir ki, 3 sentyabr 1990-cı ildə anadan olmuş İsmayılzadə Cavidan İlham oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirli bilinir.

Onun avtomobil satmaq adı ilə bir neçə nəfərə aldadıb pulunu mənimsədiyi bildirilir.

Qeyd edək ki, C.İsmayılzadə əvvəlcə ölkə ərazisində axtarılsa da, sonradan onun xaricə qaçdığı məlum olub. 26 yaşlı gəncin xarakterik əlamətləri İnterpolun axtarış portalındakı anketdə toplanıb.

Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR