Vətəndaşlara dəymiş ziyana görə dövlət mülki məsuliyyəti öz üzərinə götürəcək - Gənc vəkil yazır

Vətəndaşlara dəymiş ziyana görə dövlət mülki məsuliyyəti öz üzərinə götürəcək   - Gənc vəkil yazır

26 sentyabr 2016-cı il tarixində baş tutacaq ümumxalq səsverməsində konstitusiyaya təklif olunan böyük sayda dəyişikliklər insan hüquqları ilə bağlıdır. Anoloji müddəanın bələdiyyələrə şamil edilməsi məqsədi ilə Konstitusiyaya aşağıdakı redaksiyada 146'1 maddənin əlavə edilməsi təklif olunur:

"Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar”.

Bununla əlaqədar nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

Göründüyü kimi, dövlət qulluqçularının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyana görə dövlətin mülki məsuliyyət daşıması qanunvericilikdə təsbit olunmuşdur.

Qeyd olunanlarla əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydaları “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ətraflı şəkildə tənzimlənir.

Beləliklə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə dövlətin qanunvericilikdə nəzərdə tutulmuş mülki məsuliyyəti ölkəmizdə ən yüksək hüquqi qüvvəyə malik akt olan Konstitusiya ilə daha da möhkəmləndirilir və bu dövlət qulluqçularının qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə məsuliyyətini, o cümlədən cinayət məsuliyyətini istisna etmir.

Nihad Allahyarlı, 

"Bələdiyyə" referendum üzrə təşviqat qrupunun vəkili 

Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR