Görüşü giriş sözü ilə açan tarixçi-alim Təvəkkül Səlimov tədbir iştirakçılarına Konstitusiyaya təklif olunan əlavə və dəşiyikliklər haqqında məlumat verib.
Xəzər rayonunun ictimaiyyəti ilə görüşdə çıxış edən "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun vəkili Fərid Şahbazlı bildirib ki, Konstitusiyaya təklif edilən dəyişiklərmüasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. O, qeyd edib ki, dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır: "Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqda mürəkkəb proseslərin fonunda dövlətimizin təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır".
F.Şahbazlı çıxışında vurğulayıb ki, təklif olunan dəyişikliklərə əsasən, vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda idarəetmədə yeni çevik və optimal mərhələnin əsası qoyulacaq, 18 yaşına çatmış hər bir vətəndaşa vətəndaşlıq hüququndan tam istifadə haqqı veriləcək, sahibkarlığın inkişafı üçün daha da əlverişli şərait yaradılacaq: "Düşünürəm ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətinin və vətəndaşlarının maraqlarına xidmət edir. Bu dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".
Çıxış edən AVMVB sədri Fizuli Rzaquliyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı geniş izahat verərək, bu dəyişikliklərin dəstəklənməsinin vacibliyindən söz açıb.
Görüşdə çıxış edən Xəzər rayonunun ictimaiyyətinin nümayəndələri referendumda aktiv iştirak edərək, konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyəcəklərini bəyan ediblər.