Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Elmi Araşdırmalar" İctimai Birliyinin 2010-2011-2012-2013 yaşlılar arasında "Vətən Müharibəsinin cüdoçu şəhidlərinin xatirəsinə həsr olunmuş idman turnirinin keçirilməsi" layihəsini növbəti turniri davam edir.
"Vətən Müharibəsinin cüdoçu şəhidlərinin xatirəsinə həsr olunmuş idman turnirinin keçirilməsi” adlı layihənin icrası çərçivəsində 44 Günlük Vətən Müharibəsi zamanı Şəhidlik zirvəsinə çatmış cüdoçu şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə 14 Cüdo İdman Klubların gənc idmançıları iştirak edəcəklər.
Layihənin icra müddəti 3 aydır. Belə ki, Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olan 18 nəfər Cüdoçu şəhid qəhrəmanlarımızın xatirəsi yad ediləcək.
Turnirdə həmçinin şəhidlərin ailələri, qazilər, gənclər iştirak edəcəklər. Layihənin məqsədi yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara mənəvi dayaq olmaq, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün şəhidlərin həyat yolunun öyrənilməsi, şəhid ailələri ilə görüşlərin təşkilidir.
Yeniyetmə və gənclər arasında şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə diqqəti yönəltməkdir.
Şəhid ailələrinə həm dövlətin həm də xalqın qayğısını, əzizlərinin unudulmadığını bir daha çatdırmaqdır. 250 dən artıq idmançının iştirak edəcəyi yarışda nəticələrə görə qaliblərə medal, kubok, hədiyyələr, diplomlar veriləcək.
Turnirin lahiyəsi 24 aprel 2022-ci il tarixindən etibarən tamamlanacaq.
Xəbər 437 dəfə oxunub.