Vətən müharibəsi qazisi vəfat edib.
Aktual.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib.
Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.
Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
Xəbər 511 dəfə oxunub.