Gəncədə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İslahatçı Gənclər" İctimai Birliyi "Vətən mənə oğul desə nə dərdim..." adlı Milli Qəhrəmanların və vətənpərlik hisslərinin təbliği ilə bağlı ictimai müzakirə keçirib.
Tədbiri giriş sözü ilə açan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı layihə haqqında geniş məlumat verib. O bildirib ki, Vətən uğrundan şəxsi igidlik nümunələri göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunədir. Fərid Şahbazlı vurğulayıb ki, layihə çərçivəsində maarifləndirici materiallar, internet saytı, video-roliklər hazırlanıb: ""Vətən mənə oğul desə nə dərdim" adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli Qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini hədəfləyir".
Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, politoloq Əhməd Şahidov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinn sədri Turan Məmmədzadə, AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin icraçı direktoru sədri Nihad Allahyarlı və digər gənclər çıxış edilər. Natiqlər, Milli qəhrəmanlarımızın təbliğinin, onların geniş ictimaiyyətə tanıdılmasının vacibliyini qeyd ediblər.
Xəbər 628 dəfə oxunub.