Vətən düşmənləri Vaşinqtonda cəhənnəmə çevrildi- "Həmin aksiyanı təşkil edənlər kimlər idi?"

Vətən düşmənləri Vaşinqtonda cəhənnəmə çevrildi-

Azərbaycan Prezidenti İlham Əliyevə qarşı Vaşinqtonda baş verən təxribat bir daha onu göstərdi ki, ölkəmizə qarşı düşmən mövqedə duran xaricdəki anti-Azərbaycan şəbəkəsi şovinist erməni dairələrinin açıq əlaltısına çevriliblər. Birləşmiş Ştatlarda böyük beynəlxalq tədbir günündə təhlükəsizlik sərhədini kobud şəkildə pozmağa çalışan, təhrikedici və qeyri-əxlaqi addımlar atan bu qüvvələrə qarşı kifayət qədər sərt təpki müşahidə olunur.
 
Təsadüfi deyil ki, onlara ilk dəstək ANCA-dan gəldi, ardınca isə Azərbaycanın açıq düşməni, erməni lobbisinin idarə etdiyi Frenk Pallone "hürməyə başladı”.
Göründüyü kimi, belə "insancıqlar”ın məqsədi yalnız provokasiya deyil, eyni zamanda xalqına və dövlətinə qarşı açıq üsyan formasıdır. Vaşinqtondakı hadisə onu göstərdi ki, anti-milli dairələr xarici şovinist qüvvələrin sifarişini yerinə yetirərək Azərbaycanın maraqlarına qarşı eyni cəbhədə hərəkət etməkdən çəkinmirlər.
Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir - AZƏRTAC

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Musavat.com-a açıqlamasında kifayət qədər ağır ifadələr işlətdi:

"Cənab Prezidentin qaldığı otelin qarşısında baş verən hadisə, anti - milli ünsürlərin sərgilədiyi destruktiv fəaliyyət, birmənalı şəkildə əvvəldən hazırlanmış və xüsusi qüvvələr tərəfindən idarə olunan bir proses idi. Və çox şükürlər olsun ki, Amerika polisi, eyni zamanda Prezidentin Təhlükəsizlik Xidməti bu təxribatın qarşısını zamanında ala bildi.
Kimlər idi,ora yığışanlar? Həmin aksiyanı təşkil edənlər kimlər idi? - Şovinist erməni dairələrinin əlaltıları, tulalar, rəzillər, mənliyini, şəxsiyyətini itirmişlər. Bir sözlə vətən və xalq düşmənləri.
İstəyirdilər ki, növbəti dəfə manipulyasiya etsinlər, otelə girməklə ajiotaj yaratsınlar, öz çirkin niyyətlərini həyata keçirsinlər. Amma bacarmadılar. Bacara bilməzdilər də. Növbəti dəfə fiaskoya uğradılar. Niyə? Çünki bu naxələfləri, şərəfsizləri, vicdansızları dünyanın hər yerində tanıyırlar və özünə hörmət qoyan kimsə belələrinə əsla və əsla dəstək verməz. Vermir və verməyəcək də. Çünki ABŞ-ın hüquq- mühafizə orqanları da, cənab Prezidentin Təhlükəsizlik xidməti də məlum təxribat və ümumən təxribatlar barədə əvvəldən məlumatlı idi, siqnallar almışdı və ona görə də ön tədbirləri görmüşdü. Bu cür küçə uşaqları, xarici əlaltılar, ailəsindən xəbəri olmayan binamuslar, agentlər, casuslar belə yaramaz əməllərlə heç vaxt, heç nəyə nail ola bilməzlər, bilməyəcəklər də.  Bu, mümkün deyil. Buna imkan verilməz”.


Xəbər 107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR