Vergilərin artırılmasına dair iddialara cavab verildi

Vergilərin artırılmasına dair iddialara cavab verildi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hökumətin vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətində olması ilə bağlı iddialara cavab verib.
Aktual.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azər Əmiraslanov deyib ki, bu fikirlər reallığı əks etdirmir.
"Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi, nə üçün cəmi 0,7 faiz artırdı? Məqsəd vergi yükünü artırmaqdırsa da, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həddində yəni, 6,6 milyard manatlıq vergi-gömrük güzəşt və azadolmaları tətbiq edilir? Rəqəmlər də, hökumətin rəsmi açıqlamaları da göstərir ki, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur”, - deyə parlamentin komitə sədri qeyd edib.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR