Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı

Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı

Onun vəzifəsini Ramiz Ağayev icra edir.

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, məlumata görə, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.

Xəbər 782 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR