Vergilər Nazirliyi 2015-ci ilin yanvar-dekabr ayına olan hesabatını açıqlayıb.
Aktual.az nazirliyə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 118 milyon 196,7 min manat vəsait daxil olub. Bununla da proqnoz tapşırığına 100,1 faiz əməl edilib.
Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb.