Vergi borcuna görə 2 nəfər tutuldu

Vergi borcuna görə 2 nəfər tutuldu

Nazirlik məlumat yaydı.

Vergi borclarını vaxtında ödəmədiklərinə görə, iki nəfər həbs edilib.

Bu barədə Oxu.Az-a Vergilər nazirliyindən bildirilib.

“Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr tarixli qərarları ilə vergi ödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün müddətində inzibati qaydada həbs olunub” - deyə, nazirlikdən qeyd olunub.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.

Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına və onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaqdır” - deyə, nazirlikdən bildirilib.

Bundan başqa, nazirlik borclu vergi ödəyicilərinə borclarını vaxtında ödəməyi tövsiyyə edib:

“Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır”.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR